İbrahimoviç Azərbaycan millisi ilə oyunu buraxa bilər


İsveç yığmasının kapitanı Zlatan İbrahimoviç Azərbaycan millisinə qarşı AVRO-2024-ün seçmə mərhələ oyununda meydana çıxmaya bilər.

Skandinaviya ölkəsinin mətbuatında yayılan xəbərlərə görə, 42 yaşlı hücumçu zədə səbəbindən komandasının son məşqində iştirak etməyib. Əvəzində isə xəstəlikdən sağalan Albin Ekdal sıraya qayıdıb.

Qeyd edək ki, martın 27-də Solna şəhərindəki “Frends Arena”da keçiriləcək İsveç - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}