İbrahimoviç yığmamıza qarşı oynayacaq? - İsveç millisinin heyəti açıqlandı - YENİLƏNİB + SİYAHI

“Milan”ın hücumçusu Zlatan İbrahimoviç AVRO-2024-ün seçmə mərhələsində Belçika və Azərbaycana qarşı keçiriləcək oyunlar üçün İsveç millisinə dəvət oluna bilər.

Bu barədə yığmanın baş məşqçisi Yanne Anderson bildirib. O deyib ki, təcrübəli hücumçunu milliyə dəvət etmək istəyir.

“Zlatan meydançaya çıxa bilməyəndə belə, onun liderlik keyfiyyətləri komandaya müsbət təsir edir”, - deyə Anderson qısaca qeyd edib.

Martın 27-də Solna şəhərindəki “Friends Arena” stadionunda keçiriləcək İsveç-Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Mənbə: “Calcio”

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}