Əsas Səhifə > İdman > İbrahimoviç yığmamıza qarşı oynayacaq? - İsveç millisinin heyəti açıqlandı - YENİLƏNİB + SİYAHI

İbrahimoviç yığmamıza qarşı oynayacaq? - İsveç millisinin heyəti açıqlandı - YENİLƏNİB + SİYAHI


15-03-2023, 16:20

“Milan”ın hücumçusu Zlatan İbrahimoviç AVRO-2024-ün seçmə mərhələsində Belçika və Azərbaycana qarşı keçiriləcək oyunlar üçün İsveç millisinə dəvət oluna bilər.

Bu barədə yığmanın baş məşqçisi Yanne Anderson bildirib. O deyib ki, təcrübəli hücumçunu milliyə dəvət etmək istəyir.

“Zlatan meydançaya çıxa bilməyəndə belə, onun liderlik keyfiyyətləri komandaya müsbət təsir edir”, - deyə Anderson qısaca qeyd edib.

Martın 27-də Solna şəhərindəki “Friends Arena” stadionunda keçiriləcək İsveç-Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Mənbə: “Calcio”

Şəffaflıq.az


Geri qayıt