Dibala “Yuventus”u məhkəməyə verir
2022-ci ilin yayında “Yuventus”dan “Roma”ya keçən Paulo Dibala sabiq klubunu məhkəməyə verə bilər. Turin klubunun argentinalı futbolçuya borcu var. Bu barədə oyunçunun özü bildirib. “Yuventus”dan sonuncu dəfə nə zaman maaş aldığını xatırlamadığını deyən 29 yaşlı forvard klubunu dəyişərkən bütün ödənişlərin edilməli olduğunu söyləyib. Ancaq “qoca sinyora”nın hələ də ona 3,7 milyon avro borcu var. Aprel ayından gec olmayaraq məbləğ tam ödənilməlidir. Əks halda, futbolçunun vəkilləri hüquqi prosedurlara baş vuracaq. Dibala bunu istəmədiyini ifadə edib. Qeyd edək ki, maliyyə maxinasiyalarında ittiham olunan “Yuventus”un A Seriyasında 15 xalı silinib. Mənbə: “La Gazzetta dello Sport” Şəffaflıq.az
Facebook-da paylaş