Rafael Ağayev “qeybə çəkilib”


Martın 4-də Azərbaycan karateçisi Rafael Ağayevin doğum günü olacaq.

Şəffaflıq.az xəbər verir ki, əfsanəvi karateçi 38 yaşını tamamlayacaq. Ad günü ərəfəsində “Qara brilyant”la əlaqə saxlayıb, karyerasını vərəqləmək, gələcək planları barədə danışmaq istəsək də, cəhdlərimiz uğursuzluqla nəticələndi.

Rafael sanki “qeybə çəkilib”...

Əldə etdiyimiz iki telefon nömrəsi vasitəsilə Ağayevlə əlaqə yaratmaq mümkün olmadı. Onlardan biri işləmir, digəri də tamam fərqli birindədir.

Daha sonra Rafaeli tapmaq üçün Azərbaycan Karate Federasiyasının mətbuat katibi Sənan Məhərrəmovla danışdıq. O da uzun müddətdir, idmançı ilə əlaqələrinin olmadığını söylədi. Bizə təqdim etdiyi nömrə isə daha əvvəl zəng etməyə çalışdığımız həmin işləməyən əlaqə vasitəsi oldu.

Araşdırmalarımız onu da məlum etdi ki, Rafael Ağayev son zamanlar nömrələrini tez-tez dəyişir və xüsusən idman cameəsindən olan insanlara vermir. Bunun səbəbləri bəlli deyil.

Qeyd edək ki, idmançının sosial media hesablarında da çoxdandır, heç bir paylaşım edilmir.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}