Rusiyada 41 avtomobil toqquşdu: Yaralananlar var
Novqorod vilayətində M-11 federal magistralında kütləvi qəzaya uğrayan avtomobillərin sayı 41-ə, zərərçəkənlərin sayı 14-ə çatıb. Beş nəfər beyin silkələnməsi ilə xəstəxanaya yerləşdirilib, onlardan dördü uşaqdır. Bu barədə regional yol polisi idarəsinin mətbuat xidməti xəbər verib. Bildirilib ki, xəstəxanaya yerləşdirilənlərin beyin silkələnməsi var. 9 nəfər isə xəstəxanaya yerləşdirilməkdən imtina edib. Məlumata görə, kütləvi qəzanın baş verdiyi M-11 ödənişli magistral yolunda 4 kilometrlik tıxac yaranıb. Qeyd olunub ki, qəzaya pis hava şəraiti səbəb olub. Mənbə: gazeta.ru Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş