Əsas Səhifə > XARİCİ XƏBƏR / Hadisə > Rusiyada 41 avtomobil toqquşdu: Yaralananlar var

Rusiyada 41 avtomobil toqquşdu: Yaralananlar var


26-02-2023, 20:58


Novqorod vilayətində M-11 federal magistralında kütləvi qəzaya uğrayan avtomobillərin sayı 41-ə, zərərçəkənlərin sayı 14-ə çatıb.

Beş nəfər beyin silkələnməsi ilə xəstəxanaya yerləşdirilib, onlardan dördü uşaqdır.

Bu barədə regional yol polisi idarəsinin mətbuat xidməti xəbər verib.

Bildirilib ki, xəstəxanaya yerləşdirilənlərin beyin silkələnməsi var. 9 nəfər isə xəstəxanaya yerləşdirilməkdən imtina edib.

Məlumata görə, kütləvi qəzanın baş verdiyi M-11 ödənişli magistral yolunda 4 kilometrlik tıxac yaranıb.

Qeyd olunub ki, qəzaya pis hava şəraiti səbəb olub.

Mənbə: gazeta.ru

Şəffaflıq.az


Geri qayıt