Vüqar Əsgərli : “Layiqli qələbə qazandıq”


“Bu gün layiqli qələbə qazandıq”.

Şəffaflıq.az-ın məlumatına görə, bunu “Şamaxı”nın baş məşqçisi Vüqar Əsgərli “Sabah”a 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXIV tur oyunundan sonra mətbuat konfransında deyib.

39 yaşlı mütəxəssis güclü rəqibə qarşı layiqli mübarizə apardıqlarını bildirib: “Sabah”la hər iki oyunumuz maraqlı alınmışdı. 3 xal hər iki tərəf üçün çox vacib idi. “Sabah” çempionluq yarışından qopmaq istəmirdi. Biz isə gənc futbolçularımızı Premyer Liqada saxlamağa çalışırıq. Rəqibin heyətində səviyyəli oyunçular var idi. Bunu futbolçularımız da dərk edirdilər. Matça ciddi hazırlaşmışdıq. Futbolçularıma belə əzmkar mübarizəyə görə təşəkkür edirəm”.

Qeyd edək ki, “Şamaxı” Premyer Liqada növbəti oyununu martın 3-də səfərdə “Zirə”yə qarşı keçirəcək.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}