Londonda ABŞ səfirliyinin əməkdaşları təxliyə edildilər
ABŞ-nin Böyük Britaniyadakı səfirliyinin əməkdaşlarının bir hissəsi təxliyə edilib, qalanlarından isə adı açıqlanmayan təhlükəsizlik riski səbəbi ilə pəncərələrdən uzaq durmaları istənilib. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının binada olduğu bildirilir. Ərazidə silahlı polislər və itlər var. Təhlükənin olması ilə bağlı hansısa səbəb açıqlanmır, London polisi hadisədən xəbərdar olduğunu bildirib. Mənbə: Daily Mail Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş