Əsas Səhifə > XARİCİ XƏBƏR > Londonda ABŞ səfirliyinin əməkdaşları təxliyə edildilər

Londonda ABŞ səfirliyinin əməkdaşları təxliyə edildilər


22-02-2023, 16:08


ABŞ-nin Böyük Britaniyadakı səfirliyinin əməkdaşlarının bir hissəsi təxliyə edilib, qalanlarından isə adı açıqlanmayan təhlükəsizlik riski səbəbi ilə pəncərələrdən uzaq durmaları istənilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının binada olduğu bildirilir. Ərazidə silahlı polislər və itlər var.

Təhlükənin olması ilə bağlı hansısa səbəb açıqlanmır, London polisi hadisədən xəbərdar olduğunu bildirib.

Mənbə: Daily Mail

Şəffaflıq.az


Geri qayıt