Suriya Baş nazirinin bacısı zəlzələdə ölüb
Suriyanın Baş naziri Hüseyn Arnusun bacısı Nəsub Arnus ölkənin Həma şəhərində baş verən zəlzələ nəticəsində ölüb. Şəffaflıq.az xəbər verir ki, bu barədə yerli “Əl-Vətən” qəzeti yazıb. Bildirilib ki, o, yaşadığı evin uçması nəticəsində ölüb. Qeyd edək ki, bu gecə Suriyada güclü zəlzələ baş verib. Hadisə nəticəsində 427 nəfər ölüb.
Xəbəri paylaş
Facebook-da paylaş