İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Rusiyaya səfər edəcək


İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxani Rusiyanın paytaxtı Moskvaya Əfqanıstanda sabitlik və sülh məsələlərini müzakirə etmək üçün səfərə hazırlaşır.

Şəffaflıq.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani fevralın 6-da keçirdiyi mətbuat konfransında məlumat verib

Onun sözlərinə görə, Əli Şəmxani səfər çərçivəsində Əfqanıstanda sülh və sabitliyin təşviqi, əfqan xalqının problemlərinin həlli ilə bağlı çoxtərəfli məsləhətləşmələr aparacaq.

Bildirilib ki, katib Rusiya hökumətinin bir sıra rəsmiləri ilə qarşılıqlı maraq doğuran məsələləri də müzakirə edəcək.

Xatırladaq ki, bundan əvvəl Əli Şamxani İranın müdafiə naziri olub. Bu yaxınlarda Britaniyaya casusluqda təqsirli bilinərək edam olunmuş Əlirza Əkbəri onun müavini olub.

O, İran Prezidenti İbrahim Rəisinin Çinə nəzərdə tutulan səfəri barədə açıqlama verib: “Bu, iki ölkə arasında razılaşma əsasında nəzərdə tutulan proqramlardan biridir”.

Sözçü qeyd edib, bu səfər lazımi vaxtda həyata keçiriləcək, mətbuata ətraflı məlumat veriləcək.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}