Binəqədidə avtomobil piyadanı vuraraq ayağını sındırdı


Bakının Binəqədi rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Şəffaflıq.az-ın məlumatına görə, avtomobil yolu keçən 1965-ci il təvəllüdlü Nəsirova Solmaz Qələmmirzə qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ ayağının sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}