Bakıda 9 yaşlı uşağı avtomobil vuraraq ağır xəsarət yetirib


Bakının Xəzər rayonununda azyaşlı uşağın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Şəffaflıq.az-ın məlumatına görə, Şağan qəsəbəsində avtomobil yolu keçən 2013-cü il təvəllüdlü Z.Eminovanı vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ baldır sümüklərinin yerdəyişən sınığı diaqnozu qoyulub.“Report” 

Hadisənin təfərrüatı araşdırılır.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}