Gürcüstan-Azərbaycan sərhəddində zəlzələ baş verib
Gürcüstan-Azərbaycan sərhəddində zəlzələ baş verib. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən "Report"a bildirilib ki, yerli vaxtla saat 05:58-də Qazax stansiyasından 50 km şimal-şərqdə, Gürcüstan-Azərbaycan sərhəddində zəlzələ qeydə alınıb. Yeraltı təkanlar 3,2 maqnitudada qeydə alınıb. Zəlzələ ocağı 11 kilometr dərinlikdə yerləşib. Zəlzələ hiss olunmayıb. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş