Əsas Səhifə > Hadisə > Gürcüstan-Azərbaycan sərhəddində zəlzələ baş verib

Gürcüstan-Azərbaycan sərhəddində zəlzələ baş verib


23-01-2023, 11:33


Gürcüstan-Azərbaycan sərhəddində zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən "Report"a bildirilib ki, yerli vaxtla saat 05:58-də Qazax stansiyasından 50 km şimal-şərqdə, Gürcüstan-Azərbaycan sərhəddində zəlzələ qeydə alınıb.

Yeraltı təkanlar 3,2 maqnitudada qeydə alınıb. Zəlzələ ocağı 11 kilometr dərinlikdə yerləşib.

Zəlzələ hiss olunmayıb.

Şəffaflıq.az


Geri qayıt