Bakıda biznes mərkəzin pəncərə şüşəsi qırılıb töküldü - Xəsarət alan var
Paytaxtın "Xətai" metrosunun yaxınlığında, Xocalı prospektində yerləşən "Demirchi Tower" Biznes Mərkəzinin qarşısında arzuolunmaz hadisə baş verib.
20-ci mərtəbədən pəncərənin qırılaraq düşməsi bir neçə nəfərin xəsarət almasına səbəb olub. Aldığımız məlumata görə, xəsarət alanlardan biri azyaşlı olub. Onun boğazından xəsarət aldığı, artıq xəstəxanaya yerləşdirildiyi bildirilir. Bundan başqa, qırılan şüşə ərazidəki avtomobillərə də ziyan vurub.
Bu məsələyə aydınlıq gətirmək üçün "Demirchi Tower" ilə əlaqə saxladıq. Oradan verilən məlumatda hadisənin hansı səbəbdən baş verməsinin araşdırılacağı qeyd olundu: "Hazırda bu məsələ tərəfimizdən araşdırılır. 20-ci mərtəbədən pəncərənin qırılıb düşməsi nəticəsində yola düşən şüşə qırıntıları isə artıq təmizlənib".
"Yaralı və xəsarət alan olmayıb, sadəcə, ola bilər ki, nəsə cızıq yaranıb", - deyə verilən məlumatda əlavə olunub.
Şəffaflıq.az
Facebook-da paylaş