Azərbaycanlılarla çeçenlər arasında növbəti KÜTLƏVİ DAVA: xəsarət alanlar var
Şəffaflıq.az Report-a istinadən xəbər verir ki, şəhərin mərkəzi Kurfürstendamm (Kudam) küçəsində "Brasil" restoranında başlayan mübahisə sonda şəhər ətrafında əlbəyaxa dava ilə nəticələnib.
Dava nəticəsində 6-7 nəfər xəsarət alıb ki, bunlardan 4-ü azərbaycanlılardır. Polisdən yayınmaq üçün xəsarət alanlar Almaniyadan çıxarılıb.
Kütləvi davanın biznes mübahisəsi zəmnində baş verdiyi bildirilir.
Xatırladaq ki, bundan öncə fevralın 14-də Moskvada azərbaycanlı Yaşar Əliyevə məxsus "Neolit" kafesində soydaşlarımızla çeçen icmasının nümayəndələri arasında kütləvi dava olub. İnsident zamanı ölən və xəsarət alanlar olub.
Facebook-da paylaş