İskəndərin qardaşı: “Rəşad Dağlının ailəsi ölümüzə hörmətsizlik elədi”


"Rəşadın atası mən qardaşımı torpağa tapşırdığım gün gəldi bura, elə o gün bağışladım mən onları".

Şəffaflıq.az bildirir ki, bu sözləri Baku TV-nin efirində yayımlanan "Arzunun vaxtı" verilişində meyxanaçı Rəşad Əmirov (Dağlı) tərəfindən qətlə yetirildiyi iddia edilən İskəndər Mehdiyevin qardaşı deyib.

O bildirib ki, Rəşadın atasının qardaşı haqqında dediyi sözlər doğru deyil.

"Deyirlər ki, mənim qardaşım narkobarondur. Yoxdur elə şey. Mənim qardaşım narkotik istifadəçisi olub, ona görə də 9 ay həbs edilib. Narkotik satan adam bəyəm 9 ay həbs olunur? Onlar bizim ölümüzə hörmətsizlik edib", - deyə o qeyd edib.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}