Əsas Səhifə > Şou-biznes > İskəndərin qardaşı: “Rəşad Dağlının ailəsi ölümüzə hörmətsizlik elədi”
İskəndərin qardaşı: “Rəşad Dağlının ailəsi ölümüzə hörmətsizlik elədi”12-11-2022, 00:09 |
"Rəşadın atası mən qardaşımı torpağa tapşırdığım gün gəldi bura, elə o gün bağışladım mən onları". Şəffaflıq.az bildirir ki, bu sözləri Baku TV-nin efirində yayımlanan "Arzunun vaxtı" verilişində meyxanaçı Rəşad Əmirov (Dağlı) tərəfindən qətlə yetirildiyi iddia edilən İskəndər Mehdiyevin qardaşı deyib. O bildirib ki, Rəşadın atasının qardaşı haqqında dediyi sözlər doğru deyil. "Deyirlər ki, mənim qardaşım narkobarondur. Yoxdur elə şey. Mənim qardaşım narkotik istifadəçisi olub, ona görə də 9 ay həbs edilib. Narkotik satan adam bəyəm 9 ay həbs olunur? Onlar bizim ölümüzə hörmətsizlik edib", - deyə o qeyd edib. Geri qayıt |