Rusiya nümayəndəsi BMT-də Ukraynalı həmkarını dinləmək istəməyib
Şəffaflıq.az xəbər verir ki, görüş YouTube-da yayımlanıb. Nebenzya BMT Katibliyindən Ukraynada pilotsuz uçuş aparatları ilə bağlı araşdırma aparmayacağının təsdiqini tələb edib və İranın kamikadze dronlarının Rusiyaya verməsini saxta xəbərlər adlandırıb. “Sizi əvvəlcədən xəbərdar etmək istərdim ki, bu gün mən Ukrayna rejiminin nümayəndəsinin Təhlükəsizlik Şurasının divarları arasında şər niyyətli məzəmmətlərinin daha bir hissəsinə qulaq asmayacağam və bununla da ona bu qəribə həzzi yaşamaq imkanı verməyəcəyəm", - deyib. Kislitsa cavab olaraq bildirib ki, zaldan qaçan Nebenzya Təhlükəsizlik Şurasının hər iclasında yalan bəyanatlar verib. “Şadam ki, Rusiyanı Təhlükəsizlik Şurasından çıxarmaq üçün göstərdiyimiz səylər illər deyil, aylar öz bəhrəsini verir, ən azı səfir şuranı tərk edib, amma gün gələcək ki, Rusiya bütövlükdə Təhlükəsizlik Şurasında olmayacaq”, - deyə Kislitsa bildirib. Onun sözlərinə görə, Rusiya Kaxovka SES-in bəndini və aqreqatlarını minalayıb. “Bizdə məlumat var, ona görə əminliklə deyə bilərik ki, Rusiya Federasiyası Ukraynanın cənubunda genişmiqyaslı fəlakət hazırlayır. Əgər rus terrorçuları Kaxovska SES-i partlatsalar, Xerson da daxil olmaqla 80-dən çox yaşayış məntəqəsi, orada yaşayan yüz minlərlə insan sürətli daşqın zonasında qalaraq həlak olmaq təklükəsi ilə üzləşəcəklər”, - deyə Ukraynanın daimi nümayəndəsi bildirib. Bundan əlavə, o, İranı Rusiya Federasiyasına pilotsuz təyyarələrin və hər hansı digər silahların təhvil verilməsinə görə məsuliyyət daşımağa çağırıb. Bildiyiniz kimi, Fransa, ABŞ, Çin, Böyük Britaniya və Rusiyanın BMT-də veto hüququ var. Rusiya bundan dəfələrlə istifadə edib, məsələn, qoşunlarının Ukraynadan çıxarılmasını tələb edən qətnaməyə veto qoyub. Birləşmiş Ştatlar Rusiya Federasiyasının Təşkilatın Nizamnaməsinin əsasına zərbə vurduğunu bəyan edərək, BMT Təhlükəsizlik Şurasında islahatın keçirilməsinə ehtiyac olduğunu bildirib. Türkiyə isə Şurada veto hüququnun ləğvinin tərəfdarı olduqlarını bildiriblər.Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya Ukraynanın daimi nümayəndəsi Sergey Kislitsanın çıxışından əvvəl BMT Təhlükəsizlik Şurasının iclasını tərk edib.
Facebook-da paylaş