Hindistanda avtobus yük maşını ilə toqquşub: Çox sayda ölü və yaralı var



Hindistanın mərkəzi Madhya-Pradeş ştatında sərnişin avtobusu qəza törədib, nəticədə azı 15 nəfər ölüb, 40-a yaxın adam yaralanıb.

Belə ki,  təxminən 100 sərnişini daşıyan avtobus avtomobillə toqquşaraq magistral yolda qalmış yük maşınına dəyib. 

Yaralılar xəstəxanalara çatdırılıb, onlardan bəzilərinin vəziyyəti ağırdır.

Hadisənin səbəbləri ilə bağlı araşdırmalara başlanılıb.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}