Əsas Səhifə > XARİCİ XƏBƏR > Hindistanda avtobus yük maşını ilə toqquşub: Çox sayda ölü və yaralı var

Hindistanda avtobus yük maşını ilə toqquşub: Çox sayda ölü və yaralı var


22-10-2022, 15:03



Hindistanın mərkəzi Madhya-Pradeş ştatında sərnişin avtobusu qəza törədib, nəticədə azı 15 nəfər ölüb, 40-a yaxın adam yaralanıb.

Belə ki,  təxminən 100 sərnişini daşıyan avtobus avtomobillə toqquşaraq magistral yolda qalmış yük maşınına dəyib. 

Yaralılar xəstəxanalara çatdırılıb, onlardan bəzilərinin vəziyyəti ağırdır.

Hadisənin səbəbləri ilə bağlı araşdırmalara başlanılıb.

Şəffaflıq.az


Geri qayıt