Bolqarıstan “Avroviziya”da iştirak etməyəcək



Bolqarıstan Milli Televiziyası maliyyə çatışmazlığı səbəbindən “Avroviziya” Mahnı Müsabiqəsində iştirakdan imtina edib.

Bu barədə qərarı teleşirkətin direktorlar şurası verib.

Qeyd olunur ki, mahnı müsabiqəsində iştirakçıların sayı azaldığından onun təşkilatçıları təxminən 5,6 milyon dollar olan iştirak haqqını proporsional olaraq artırıb, teleşirkətin büdcəsini isə əksinə, azaldılıb.

Qeyd edək ki, bu ilin may ayında İtaliyanın Turin şəhərində keçirilən 66-cı “Avroviziya” Mahnı Müsabiqəsində Ukraynanın hip-hop qrupu Kaluş Orkestri “Stefaniya” mahnısı ilə qalib olub. İkinci yeri Böyük Britaniya, üçüncü yeri isə İspaniya tutub. 

Ənənəyə görə, növbəti müsabiqəni əvvəlki yarışda qalib gələn ölkədə keçirilir. Ukrayna 2023-cü ildə “Avroviziya”ya ev sahibliyi etməyə hazır olduğunu bəyan edib, lakin Avropa Yayım Birliyi iştirakçıların təhlükəsizliyinin təmin edilməsində yaranan çətinliklər səbəbindən müsabiqənin Ukraynada keçirilə bilməyəcəyini bildirib. Tədbirin bu il ikinci yeri tutan İngiltərənin Liverpul şəhərində keçirmək qərara alınıb.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}