“Danone” şirkəti Rusiya bazarını tərk edir
Fransanın məşhur “Danone” şirkəti Rusiya bazarını tərk edir. Bu barədə məlumat şirkətin saytında dərc edilib. “Hesab edilir ki, bu, biznes, işçilər, həmçinin istehlakçılar və tərəfdaşlar üçün uzunmüddətli iş davamlılığını təmin etmək üçün ən yaxşı seçimdir” - “Danone”nun yaydığı açıqlamada qeyd olunur. Qeyd edək ki, “Danone” Rusiyada “Prostokvaşino”, “Activia”, “Actimel”, “Rastişka”, “Danissimo”, “Danone”, “Bio Balance”, “Aktual”, “Smeşariki”, “Alpro, Bebelac”, “Tema”, “Nutrilon”, “Malyutka”, “Evian” markaları ilə təmsil olunurdu. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş