Əsas Səhifə > XARİCİ XƏBƏR > “Danone” şirkəti Rusiya bazarını tərk edir

“Danone” şirkəti Rusiya bazarını tərk edir


15-10-2022, 10:05


Fransanın məşhur “Danone” şirkəti Rusiya bazarını tərk edir.

Bu barədə məlumat şirkətin saytında dərc edilib.

“Hesab edilir ki, bu, biznes, işçilər, həmçinin istehlakçılar və tərəfdaşlar üçün uzunmüddətli iş davamlılığını təmin etmək üçün ən yaxşı seçimdir” - “Danone”nun yaydığı açıqlamada qeyd olunur.

Qeyd edək ki, “Danone” Rusiyada “Prostokvaşino”, “Activia”, “Actimel”, “Rastişka”, “Danissimo”, “Danone”, “Bio Balance”, “Aktual”, “Smeşariki”, “Alpro, Bebelac”, “Tema”, “Nutrilon”, “Malyutka”, “Evian” markaları ilə təmsil olunurdu.

Şəffaflıq.az


Geri qayıt