Azərbaycan Prezidenti İlham Əliyev iranlı həmkarı Seyid İbrahim Rəisini Ermənistanın son təxribatları barədə məlumatlandırıb.
Azərbaycan Prezidenti İlham Əliyev iranlı həmkarı Seyid İbrahim Rəisini Ermənistanın son təxribatları barədə məlumatlandırıb. Şəffaflıq.az xəbər verir ki, bu barədə oktyabrın 13-də Azərbaycan və İran prezidentləri arasında Astanada keçirilən görüş zamanı qeyd olunub. Azərbaycanın müstəqil xarici siyasət həyata keçirdiyini vurğulayan Prezident İlham Əliyev bu il sentyabrın 12-13-də Ermənistanın regional vəziyyəti gərginləşdirmək istiqamətində təxribatlar törətdiyini diqqətə çatdırıb. Hazırda Cənubi Qafqazda sülh quruculuğu proseslərinin getdiyini deyən dövlət başçısı bildirib ki, Azərbaycan irəli sürdüyü 5 prinsip əsasında Ermənistanla sülh müqaviləsinin imzalanmasını təklif edib. Prezident İlham Əliyev Ermənistan tərəfindən siyasi iradə göstəriləcəyi təqdirdə, bu istiqamətdə irəliləyişə nail olmağın mümkünlüyünə inandığını qeyd edib.
Facebook-da paylaş