Son sutkada Azərbaycanda 15 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 15 yeni yoluxma faktı qeydə alınıb, 26 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 822 186 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 811 727 nəfər müalicə olunaraq sağalıb, hazırda 531 aktiv xəstə var. Bu günə qədər 9 928 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 408, bu günə qədər isə ümumilikdə 7 274 499 test icra olunub.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}