Azərbaycanda daha 374 nəfər koronavirusa yoluxub, 18 nəfər ölüb
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Şəffaflıq.az verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 18 nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 284 test icra olunub.
İndiyədək ölkədə ümumilikdə 789 332 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 775 275 nəfər müalicə olunaraq sağalıb, 9 518 nəfər vəfat edib. 4 539 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 284, bu günə qədər isə ümumilikdə 6 599 806 test icra olunub.
Facebook-da paylaş