Əsas Səhifə > SAĞLAMLIQ > Son sutkada Azərbaycanda 15 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb
Son sutkada Azərbaycanda 15 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb10-10-2022, 19:07 |
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 15 yeni yoluxma faktı qeydə alınıb, 26 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 822 186 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 811 727 nəfər müalicə olunaraq sağalıb, hazırda 531 aktiv xəstə var. Bu günə qədər 9 928 nəfər vəfat edib. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 408, bu günə qədər isə ümumilikdə 7 274 499 test icra olunub. Şəffaflıq.az Geri qayıt |