Parisdə Makronun istefası tələbilə nümayiş keçirilib
Şənbə günü mindən çox insan qiymət artımı və ölkənin hazırkı hakimiyyətinin siyasətinə etiraz edərək Paris küçələrində yürüş keçirib. Florian Filipponun “Vətənpərvərlər” hərəkatı tərəfindən təşkil edilən aksiya Parisin 6-cı rayonunda yerləşən Monparnas qülləsinin ətəyindən başlayıb. Təşkilatçılar tərəfindən irəli sürülən əsas şüarlar əsasən “azadlıq”, “sülh” və “suverenlik” tələbləri olub. Yürüş zamanı hazırkı dövlət başçısı Emmanuel Makronun istefası ilə bağlı dəfələrlə çağırışlar edilib. İştirakçılar həmçinin Fransa hakimiyyətini və Avropa qurumlarının rəhbərliyini, xüsusən də Avropa Komissiyasının rəhbəri Ursula Von der Leyeni iqtisadi vəziyyətin ciddi şəkildə pisləşməsinə görə tənqid edib və Fransanın Avropa İttifaqından çıxmasını tələb ediblər. Şəffaflıq.az
Facebook-da paylaş