Estoniya NATO-nu sualtı boru kəmərlərinə nəzarət etməyə çağırıb



Estoniyanın müdafiə naziri Hanno Pevkur NATO-ya sualtı boru kəmərlərinə nəzarəti həyata keçirməyi təklif edib.

Bu barədə o, Almaniyanın Die Zeit nəşrinə açıqlama verib.

“NATO Baltik dənizi üzərində uzun müddətdir ki, hava polisindən və patruldan istifadə edir. İndi biz köməkçi polislər, yəni sualtı patrullar haqqında düşünməliyik”, - Pevkur bildirib.

Beləliklə, Estoniya Müdafiə Nazirliyi NATO-nu sualtı boru kəmərləri üzərində birgə nəzarəti həyata keçirməyə və alyansdakı tərəfdaşlar arasında məlumat mübadiləsini yaxşılaşdırmağa çağırıb.

Qeyd edək ki, bu, “Şimal axını” ilə bağlı son hadisələr fonunda baş verib.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}