437 gün kosmosda qalan rekordçu sovet kosmonavtı vəfat etdi



Sovet kosmonavtı Valeri Polyakov 81 yaşında vəfat edib.

O, kosmosa uçuş müddəti üzrə rekord müəllifidir.

Şəffaflıq.az xəbər verir ki, bu barədə “Roskosmos” məlumat yayıb.

Polyakov “Mir” orbital stansiyasında 437 gün keçirib (8 yanvar 1994-cü ildən 22 mart 1995-ci ilə qədər). Bununla o, bir uçuşda kosmosda ən uzun müddət qalmaq üzrə mütləq rekorda imza atıb.

Ümumilikdə Polyakov ümumi müddəti 678 gün olmaqla iki kosmik ekspedisiyada iştirak edib.

“Onun tədqiqatları nəticəsində insan orqanizminin təkcə Yerə yaxın orbitə deyil, həm də dərin kosmosa uçuşlara hazır olduğu sübuta yetirildi”, - deyə hesabatda qeyd edilib.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}