Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyası işə başlayıb



BMT Baş Assambleyasının yetmiş yeddinci sessiyası çərşənbə axşamı Nyu-Yorkda işə başlayıb.

İclası təşkilatın baş katibi Antonio Quterreş və sessiyanın sədri, macar diplomatı Çaba Kyorosi açıblar.

Sessiya ərzində diplomatlar gündəliyi, görüşlərin cədvəlini, nümayəndə heyətlərinin səlahiyyətlərini təsdiq etməli və işçi komitələr yaratmalı olacaqlar.

Bir il davam edəcək yeni sessiyanın gündəliyinə iqlim dəyişikliyi, koronavirus və digər infeksiyalarla mübarizə, davamlı inkişaf məsələləri, inkişaf etməkdə olan ölkələrin borcları, müasir münaqişələr və böhranlar da olmaqla, bütün əsas beynəlxalq mövzular daxildir.

Əsas tədbir müxtəlif ölkələrin dövlət, hökumət başçıları və xarici işlər nazirlərinin iştirak edəcəyi yüksək səviyyəli həftə (20-26 sentyabr) olacaq. İclas çərçivəsində onlarla ikitərəfli və çoxtərəfli görüşlər keçiriləcək.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}