Apple korporasiyası öz ağıllı saatlarının yeni seriyalarını təqdim edib.
Apple korporasiyası öz ağıllı saatlarının yeni seriyalarını təqdim edib. Şəffaflıq.az xəbər verir ki, şirkətin yeni məhsullarına Apple Watch Series 8, Apple Watch SE və yeni, inqilabi modeli - Apple Watch Ultra daxildir. Beləliklə, Apple Watch Series 8 bədən istiliyində 0,1 selsiyə qədər dəyişiklikləri ölçə bilir. Saat həmçinin insanın qəzaya uğradığı anları tanıyır və avtomatik olaraq xilasetmə xidmətinə zəng edir Bu rejim yalnız avtomobil sürərkən işləyir. Saat şarj etmədən 18 saata qədər, enerjiyə qənaət rejimində isə 36 saata qədər işləyə bilər. Series 8 100% alüminiumdan hazırlanır və bir neçə rəng variantında mövcuddur. Cihaz sentyabrın 16-dan satışa çıxarılacaq. Apple Watch SE ikinci nəsli sürətləndirilmiş performansa malikdir. Çipi əvvəlki versiyadan 20% daha sürətli işləyir. Yeni Apple Watch Ultra modeli titan korpusa və düz 49 mm ekrana, 60 saata qədər davam edə bilən batareyaya malikdir. Saat həmçinin səyahət üçün nəzərdə tutulmuş Wayfinder funksiyasına malikdir. Buraya kompas, gecə rejimi və 190 m məsafəyə qədər səsli xəbərdarlıq kimi digər yeniliklər daxildir. Saatın bu versiyasında GPS dəqiq işləyir.
Facebook-da paylaş