Şəhid və qazi övladları üçün yay düşərgəsi keçirilib.-FOTO
“ƏMANƏT - Şəhid və qazi övladlarının fərdi inkişafına dəstək” layihəsinin təşkilatçılığı ilə 27 – 31 avuqst tarixi aralığında şəhid və qazi övladları üçün Şamaxıda 2-ci yay düşərgəsi keçirilib. Şəffaflıq.az xəbər verir ki, 5 günlük düşərgədə şəhid və qazi övladları üçün müxtəlif seminarlar, ekskursiyalar, əyləncəli oyunlar və yarışlar təşkil olunub. Şamaxı Astrofizika Rəsədxanasında keçirilən düşərgədə 36 şəhid və qazi övladı, 10 valideyn iştirak edib. Hal-hazırda layihədə 200-dən artıq şəhid və qazi övladı, eyni zamanda bacı və qardaşları, həyat yoldaşları təhsil alır. 150-ə yaxın müəllim, psixoloq, loqoped, həkim və s. sahə mütəxəssisləri xidmət göstərir. Şamaxı Şəffaflıq.az.
Facebook-da paylaş