Azərbaycan Tennis Federasiyasının ümumi yığıncağı keçirilib
Bu gün Azərbaycan Tennis Federasiyasının ümumi yığıncağı keçirilib. Gənclər və İdman Nazirliyinin inzibati binasında keçirilən tədbirdə yığıncaq iştirakçılarını salamlayan nazir Fərid Qayıbov onlara uğurlar arzulayıb. Federasiya prezidenti Oqtay Əsədov yığıncaqda çıxış edərək təşkilatın fəaliyyəti və qarşıdakı planlar barədə məlumat verib. Sonra, Azərbaycan Tennis Federasiyasının hesabatı dinlənilib yeni seçki keçirilib. Oqtay Əsədov yenidən növbəti müddətə federasiyanın prezidenti seçilib. Yığıncaqda həmçinin Gülməmməd Cavadov federasiyanın vitse-prezidenti, Mehman Qocayev, Fərid Şirinov, Salam Əsgərəlizadə və Yalçın Manaflı İdarə Heyətinə üzv seçiliblər. Şəffaflıq.az
Facebook-da paylaş