Azərbaycan Qarabağın bərpasına göstərdiyi dəstəyə görə Özbəkistan və Türkiyəyə təşəkkür edib


“Azərbaycan Özbəkistan və Türkiyəyə ərazilərin azad edilməsindən sonra Qarabağ bölgəsinin bərpasında göstərdikləri dəstəyə görə təşəkkür edib”.

Şəffaflıq.az  xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Daşkənddə Özbəkistan-Azərbaycan-Türkiyə dialoq formatının ilk iclasının yekunları üzrə türkiyəli və özbəkistanlı həmkarları - Mövlud Çavuşoğlu və Vladimir Norovla birgə mətbuat konfransı zamanı deyib.

Nazir bildirib ki, o, görüş zamanı həmkarlarını regiondakı postmünaqişə dövrü ilə bağlı vəziyyət, o cümlədən Azərbaycanın sülh istiqamətində səyləri barədə məlumatlandırıb.

O xatırladıb ki, Azərbaycanın Ermənistanla münasibətlərin normallaşdırılması ilə bağlı mövqeyi beynəlxalq hüququn prinsiplərinə əsaslanır.

C.Bayramovun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərə həyatın qaytarılması, nəqliyyat dəhlizlərinin, o cümlədən Zəngəzur dəhlizinin açılması beynəlxalq nəqliyyat əlaqələrinin genişlənməsinə xidmət edəcək.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}