Əsas Səhifə > Siyasət / Region > Azərbaycan Qarabağın bərpasına göstərdiyi dəstəyə görə Özbəkistan və Türkiyəyə təşəkkür edib

Azərbaycan Qarabağın bərpasına göstərdiyi dəstəyə görə Özbəkistan və Türkiyəyə təşəkkür edib


2-08-2022, 13:10


“Azərbaycan Özbəkistan və Türkiyəyə ərazilərin azad edilməsindən sonra Qarabağ bölgəsinin bərpasında göstərdikləri dəstəyə görə təşəkkür edib”.

Şəffaflıq.az  xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Daşkənddə Özbəkistan-Azərbaycan-Türkiyə dialoq formatının ilk iclasının yekunları üzrə türkiyəli və özbəkistanlı həmkarları - Mövlud Çavuşoğlu və Vladimir Norovla birgə mətbuat konfransı zamanı deyib.

Nazir bildirib ki, o, görüş zamanı həmkarlarını regiondakı postmünaqişə dövrü ilə bağlı vəziyyət, o cümlədən Azərbaycanın sülh istiqamətində səyləri barədə məlumatlandırıb.

O xatırladıb ki, Azərbaycanın Ermənistanla münasibətlərin normallaşdırılması ilə bağlı mövqeyi beynəlxalq hüququn prinsiplərinə əsaslanır.

C.Bayramovun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərə həyatın qaytarılması, nəqliyyat dəhlizlərinin, o cümlədən Zəngəzur dəhlizinin açılması beynəlxalq nəqliyyat əlaqələrinin genişlənməsinə xidmət edəcək.


Geri qayıt