Naftalanda maşın aşdı - Ana və övladı xəsarət aldı

  Naftalan rayonuna qonaq gedən qadın və övladı yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıblar.
Şəffaflıq.az xəbər verir ki, hadisə Naftalan şəhərində, xəstəxananın yaxınlığında qeydə alınıb.
Belə ki, iki avtomobilin toqquşması nəticəsində nəqliyyat vasitələrinin biri idarəetmədən çıxaraq aşıb.
Nəticədə aşan avtomobildə olan 1981-ci il təvəllüdlü Y.İbrahimova və onun övladı, 2009-cu il təvəllüdlü C.İbrahimov müxtəlif bədən xəsarətləri alıblar.
Hər iki şəxs xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi qiymətləndirilir.
Faktla bağlı araşdırmalara başlanılıbbaşlanılıb (report).
 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}