Oğuzda traktor aşdı: Xəsarət alanlar var


 

Dünən axşam saatlarında Oğuz rayonu Böyük Söyüdlü kəndi ərazisində Rauf Səmədovun idarə etdiyi “Belarus 1221” markalı traktor dağlıq ərazidə yoldan çıxaraq aşıb.

Şəffaflıq.az məlumat verir ki, nəticədə traktorun qoşqusunda olan 5 nəfərdən 3-ü, Böyük Söyüdlü kənd sakinləri - 1994-cü il təvəllüdlü Süleyman Rüstəmov, 1973-cü il təvəllüdlü İvan Podosinnikov və 2003-cü il təvəllüdlü Osman Jasimov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Onlar xəstəxanaya yerləşdirilib və vəziyyətləri orta ağır qiymətləndirilir.

Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində araşdırma aparılır.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}