Aktyorları aparan iki kater TOQQUŞDU

 Yunanıstan sahillərində "Mənim böyük yunan toyum" filminin aktyor və çəkiliş heyətini aparan iki kater toqquşub.
Şəffaflıq.az xəbər verir ki, hadisə nəticəsində bir nəfər xəsarət alıb.
Katerlərdə ümumilikdə 16 nəfərin olduğu bildirilib. Toqquşma nəticəsində katerlərdən biri çevrilib. Digər 15 nəfərin xəsarət almadığı deyilir.
Qeyd edək ki, filmin rejissoru Nia Vardalos bir neçə gün əvvəl "Mənim böyük yunan toyum" filminin üçüncü hissəsinin çəkilişlərinin başladığını bildirmişdi. (publika.az)

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}