Ələtdə baş verən yol qəzasında xəsarət alanların son durumu açıqlanıb

Dekabrın 17-də Bakı-Ələt yolunun 61-ci kilometrliyində mikroavtobusla minik maşının toqquşması nəticəsində baş verən qəzada xəsarət alanların son durumu açıqlanıb.
Kliniki Tibbi Mərkəzdən  verilən məlumata görə, hazırda xəstəxanada 6 nəfərin müalicəsi davam edir.
Qeyd olunub ki, reanimasiyada olan üç nəfərdən biri şöbəyə köçürülüb, qalan iki nəfərin vəziyyəti kritik olaraq qalır.
Xatırladaq ki, hadisə nəticəsində xəsarət alan 9 nəfər Kliniki Tibbi Mərkəzə yerləşdirilmişdi.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}