İki avtomobil TOQQUŞDU: Xəsarət alanlar var

 

Gədəbəy rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Şəffaflıq.az məlumat verir ki, hadisə Arıqdam kənd ərazisində qeydə alınıb.

İki "VAZ" markalı avtomobillərin toqquşması nəticəsində 1986-cı il təvəllüdlü R.Ələkbərov və digər avtomobilin sürücüsü xəsarət alıb. Onlardan R.Ələkbərov xəstəxanaya çatdırılıb. Digər sürücüyə isə ambulator müayinə göstərilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}