Şəhər yollarındakı tozda olan bu maddə xərçəng yaradır

İri şəhərlərdə və paytaxtda şəhər yollarında olan toz miqdarı normadan dəfələrlər çoxdur. Avtomobillərin mühərrikindən havaya atılan kanserogen maddələr atmosfer qatına keçir.

Bakupost.az xəbər verir ki, yollarda olan toz çirkdə çoxlu elementlər var. Bunlar kiçik zibil, rezin, benzin qalıqları, torpaq və s.dir. Eləcə də ağır metallar çökür.

Bu toz asanlıqla orqanizmə tənəffüs yolları, dəri ilə keçərək qana, ağciyərlərə çökür.


Lomonosov adına Moskva Dövlət Universitetinin alimləri yol tozunda benzpiren adlı kanserogen- xərçəngtörədici maddəni təhlil ediblər.
Tədqiqatçılar Moskvanın əsas yollarından 160 nümunə götürüblər. Eləcə parkedilən yerlərdən 33 sınaq alınıb.


Laboratoriyada bu nümunələrdən benzpireni ayıraraq, onun miqdarını təyin ediblər.

Məlum olub ki, Moskvada hər kiloqram tozda 0,23 mq benzpiren var, bu şəhərdən kənardakı havada olandan 53 dəfə çoxdur.

Çoxlu maşın saxlanılan həyət yollarındakı maddə da ürəkaçan olmayıb.

Alimlər bu yolla həmin ərazilərdə yaşayan və yollardan istifadə edən insanların orqanizminə hər gün nə qədər benzpiren daxil olduğunu hesablayıb.
Rəqəmlər normadan 30 dəfə çox olub. Bu qədər miqdar toz və kanserogen maddə insan üçün faciəvidir.

Ona görə də Moskva və ətraf rayonların əhalisində onkoloji xəstəliklər digər əyalətlərdən qat-qat çoxdur.

Çirkli hava və toz boğaz, ağciyər, prostat, süd vəzi, göz, dəri xərçəngi yaradır.
Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}