Bakıda tozun miqdarı normadan 2.6 dəfə çoxdur
"Hazırda Bakı və Abşeron yarımadasında müşahidə olunan toz dumanı lokal xarakter daşıyır. Buna səbəb dünənki külək nəticəsində atmosferin yuxarı qatına qalxmış tozun səhər saatlarında müşahidə olunan duman və nisbi rütubətin yüksək olması ilə əlaqədar atmosferin aşağı qatına enməsidir".
Bunu Ətraf Mühit üzrə Milli Monotorinq Departamentinin direktoru Ramal Bağırov bildirib.
O qeyd edib ki, hazırda tozun miqdarı sanitar normadan 2.6 dəfə çoxdur. Tozlu hava şəraitinin günün sonunadək müşahidə olunacağı ehtimal olunur.
Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş