Serebral iflic, autizm və daun sindromlu uşaqlar üçün xeyriyyə tədbiri keçirilib-FOTO

 Azərbaycanda gənclərin və idmanın yeganə ünvanı olan BrendSport.az saytı 5 iyun 2022-ci il tarixdə "Atrium” Uşaq Əyləncə Mərkəzi və "Osmanlı Yaşam" ilə birlikdə  1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş serebral iflic, autizm və daun sindromlu uşaqlar üçün xeyriyyə tədbiri keçirmişdir.

Şəffaflıq.az xəbər verir ki, 200 nəfərdən çox uşağın qatıldığı tədbirdə ölkənin tanınmış insanları və rəsmi nümayəndələr də iştirak etmişdir.

"Atrium” Uşaq Əyləncə Mərkəzinin baş sponsorluğu ilə keçirilən tədbirdə "VİPLİFE", "Moskva" konfetləri, "Natural Halı", "Osmanlı Yaşam" mərkəzi, "Autizim Badamdar İdman Klubu" və BrendSport.az saytı tərəfindən uşaqlara qiymətli hədiyyələr təqdim olunmuşdur.
Tədbirin aparıcılığını Azərbaycan Televiziyasının (AzTV) və Muğam Mərkəzinin solisti, xanəndə Könül Məmmədli etmişdir.

Tədbirdə çıxış edən BrendSport.az saytının baş redaktoru və tədbirin təşkilatçısı Bəhruz Səmədov belə tədbirlərin keçirilməsinin vacibliyini vurğulayaraq, uşaqlara xoş əyləncələr arzulamışdır.

B.Səmədov çıxışı zamanı bu tədbirlərə hər zaman öz dəstəyini göstərən "Moskva" konfetlerinə, "VİPLİFE"a, "Natural Halı"ya və Heydər Əliyev Sarayının kassalarının yaxınlığında yerləşən "Həyat Apteki"nə öz təşəkkürlərini bildirib.

Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}