İdman ictimaiyyəti Qurban bayramında əsgərlərlə bir arada

 


Aşağıdakı yazını olduğu kimi paylaşmağı zəruri hesab etdik.

Məlum olduğu kimi, BrendSport.az saytı hər il Qurban bayramında ehtiyacı olan ailələrə, autizm sindromlu uşaqlara maddi və mənəvi dəstək olmağa çalışır.

Bu il də bu ənənəsinə sadiq qalan sayt yeni layihə həyata keçirərək, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin köməkliyi, Milli Olimpiya Komitəsinin, Peşəkar Boks Federasiyasının, “Azərbaycan idmançıları” İctamai Birliyinin, “İdman könüllüləri” İctimai Birliyinin, “Cəngi” İdman Klubu ilə birlikdə və tərəfdaş şirkətlərin dəstəyi ilə cəbhə bölgəsində xidmət edən əsgərlərimizlə Qurban bayramında görüş təşkil etmişdir.

Bildiyiniz kimi, bu ilin 12 iyul tarixindən başlayaraq bir neçə gün ərzində təcavüzkar erməni silahlı qüvvələri tərəfindən Tovuz rayonunun Ağdam kəndi ərazisində atəşkəsin pozulması nəticəsində general mayor Polad Həşimov başda olmaqla, 12 hərbi qulluqçumuz şəhid olmuşdur.

Hamıya məlumdur ki, Prezident cənab İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın hər zaman şəhid ailələrini diqqətdə saxladıqlarını nəzərə alaraq, idman ictimaiyyəti öz vətəndaşlıq borcunu yerinə yetirməklə, dövlətimizin və millətimizin hər zaman əsgərlərimizin yanında olduğunu sübüt etməyə çalışır.

Bu günlərdə idman ictimaiyyətinin bir qrupu Tovuz rayonunda yerləşən “N” saylı hərbi hissədə əsgərlərimizlə Qurban bayramını birlikdə qeyd etmişlər.

Səfər ərəfəsində Ulu Öndər Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın məzarlarını və eləcə də Şəhidlər Xiyabanını ziyarət edərək əklik və gül dəstələri qoyan təşkilatçılar cəbhə bölgəsinə yola düşüblər.

Tovuz rayonunda da Şəhidlər xiyabanınl ziyarət edən idman ictimaiyyətinin nümayəndələri bundan sonra şəhid ailələri ilə görüşərək qurbanlar kəsmişlər.

Sonra səfər protokoluna uyğun olaraq “N” saylı hərbi hissədə əsgərlərlə görüş keçirilmişdir. Hərbi hissədə də qurban kəsən qonaqlar, əsgərlərlə birlikdə nahar süfrəsi ətrafında söhbət etmşlər.

Tədbirin aparıcısı, BrendSport.az saytının baş redaktoru Bəhruz Səmədov açılış üçün sözü Azərbaycan Respublikasının “Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi”, "Şöhrət" və olimpiya ordenli, "Tərəqqi" medallı, əmakdar məşqçi, Olimpiya kateqoriyalı Beynəlxalq dərəcəli hakim, idman ustası Hicran Şərifova vermişdir. 


H.Şərifov əsgərləri salamlayaraq Qurban bayramlarını təbrik etmişdir. Dövlətimizin və millətimizin hər zaman onların yanında olduğunu söyləyərək, onlara inamımızın tam olduğunu vurğulamışdır. Ulu Öndər Heydər Əliyevin də hər zaman əsgərlərimizə inandığını, onun dövlət və dövlətçilik prinsiplərinin indi də layiqincə davam etdirilidiyini qeyd etmişdir. Bu gün Prezident İlham Əliyevin isə və I vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən hərbçilərimizə göstərilən diqqət və qayğıdan söz açmışdır. 


Natiq sonda əsgərlərimizə cansağlığı və qələbə sevinci arzulamışdır.

Sonra söz boks üzrə dünya çempionu, Peşəkar Boks Federasiyasının I vitse-prezidenti və Azərbaycan “İdmançıları” İctimai Birliyinin baş katibi Fərhad Acalova verilmişdir. 


F.Acalov çıxışında xalqımızın əsgərlərimizə olan inamından söz açmış və çıxışını Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük” ifadəsi ilə yekunlaşdırmışdır.

Tədbirdə son sözü stolüstü tennis üzrə Milli Komandanın keçmiş üzvü, tədbirin idea müəllifi və BrendSport.az saytının baş redaktoru Bəhruz Səmədov demişdir.

B.Səmədov da çıxışında xalqımızın və idmançılarımızın hər zaman əsgərlərimizin yanında olduğundan bəhs etmiş, Azərbaycan əsgərinə olan güvəncdən danışmışdır. B.Səmədov da çıxışının sonunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və I vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən idmançılara, şəhid ailələrinə, qazilərə və hərbçilərimizə göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirmişdir.

Beləliklə, idman ictimaiyyəti ilə hərbçilərimizin görüşü başa çatmışdır. Görüşdən xoş əhvali-ruhiyyə ilə ayrılan qonaqlar ordumuzun gücünə bir daha əmin olaraq, əsgərlərimizə uğurlar arzulamışlar.

Bu layihənin həyata keçməsində öz köməkliyini əsirgəməyən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə, Milli Olimpiya Komitəsinə, Peşəkar Boks Federasiyasına, “Azərbaycan idmançıları” İctamai Birliyinə, “İdman könüllüləri” İctimai Birliyinə, “Cəngi” İdman Klubuna, Tovuz rayon Gənclər Evinin direktoru Rauf Rüstəmova ,eləcə də tərəfdaş şirkətlərimizdən olan “Öz Gədəbəy” mineral sularına, “Astaraçay”a, “OBA” marketlər şəbəkəsinə, “Soel parfum”a, “Vitamin” şirələrinə və “İslamoğlu” Un Məmulatlarına dərin təşəkkürümüzü bildiririk. 


İnanırıq ki, bu tərəfdaşlığımız davam edəcək və bundan sonra da yeni-yeni layihələrə imza atacayıq.


     

Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}