UEFA Millətlər Liqası: Azərbaycan yığması yeni mövsümdə ilk oyununa çıxır
Şəffaflıq.az-ın məlumatına görə, Canni De Byazinin baş məşqçi olduğu komanda C Liqasında 3-cü qrupun I turunda Qazaxıstanın qonağı olacaq.
Nur–Sultandakı "Astana Arena"da oynanılacaq matç Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. Görüşü İştvan Vadın rəhbərliyi ilə macarıstanlı hakimlər idarə edəcək.
Azərbaycan millisi tarixində indiyədək bu ölkənin əsas komandası ilə 9 görüş, U-21 yığması ilə 1 oyun keçirib. Komanda keçirdiyi 10 qarşılaşmanın 4-də məğlub olub, eyni sayda heç-heçə edib, cəmi 2 dəfə qələbə qazanıb.
UEFA Millətlər Liqası
C Liqası
3-cü qrup
18:00. Qazaxıstan - Azərbaycan
Baş hakim: İştvan Vad
Qazaxıstan. Nur-Sultan. "Astana Arena"
Qeyd edək ki, qrupun digər matçında Belarus Serbiyada Slovakiyanı qəbul edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.
Facebook-da paylaş