Əsas Səhifə > FUTBOL > UEFA Millətlər Liqası: Azərbaycan yığması yeni mövsümdə ilk oyununa çıxır
UEFA Millətlər Liqası: Azərbaycan yığması yeni mövsümdə ilk oyununa çıxır3-06-2022, 09:23 |
Bu gün Azərbaycan yığma komandası UEFA Millətlər Liqasının yeni mövsümündə ilk oyununu keçirəcək. Şəffaflıq.az-ın məlumatına görə, Canni De Byazinin baş məşqçi olduğu komanda C Liqasında 3-cü qrupun I turunda Qazaxıstanın qonağı olacaq. Nur–Sultandakı "Astana Arena"da oynanılacaq matç Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. Görüşü İştvan Vadın rəhbərliyi ilə macarıstanlı hakimlər idarə edəcək. Azərbaycan millisi tarixində indiyədək bu ölkənin əsas komandası ilə 9 görüş, U-21 yığması ilə 1 oyun keçirib. Komanda keçirdiyi 10 qarşılaşmanın 4-də məğlub olub, eyni sayda heç-heçə edib, cəmi 2 dəfə qələbə qazanıb. UEFA Millətlər Liqası C Liqası 3-cü qrup 18:00. Qazaxıstan - Azərbaycan Baş hakim: İştvan Vad Qazaxıstan. Nur-Sultan. "Astana Arena" Qeyd edək ki, qrupun digər matçında Belarus Serbiyada Slovakiyanı qəbul edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də start götürəcək. Geri qayıt |